2019-cu il oktyabrın 29-da Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinin magistrantları bu mövzularda dissertasiya müdafiə etdilər: Ləman Rafiqzadə “Azərbaycan Dillər Universitetində və Xəzər Universitetində müəllimlərin kod dəyişikliyi” (“Teachers` code switching at Azerbaijan University of Languages and Khazar University”), Nərmin Rzayeva “Azərbaycanda sosiolinqvistik baxımdan dil seçimi problemi” (“The issue of language choice from sociolinguistic perspectives”), Leyla Abasova “Xəzər Universitetində oğlan və qız tələbələr arasında gender məsələsinin sosiolinqvistik aspektləri” (“Sociolinguistic aspects of gender issue among male and female students at Khazar University”), Jalə İsmayılova “İdman xəbərləri nitqində müharibə metaforları” (“War metaphors in sport”), Ülkər Qəhrəmanlı “İngilisdilli qəzet materiallarında zərflərin mətni xüsusiyyətləri” (“Textual Functions of Adverbs in English newspaper texts”).
Müdafidə Şurası İngilis dili və ədəbiyyatı departamentinin müdiri – Dr.Bəhman Amani (sədr), departamentin müəllimləri –İradə Səmədova, İlham Tağıyev və İrina Orucova, departamentin Tədqiqat işləri üzrə koordinatoru –Milana Abbasova, Qərbi Kaspi Universitetinin İngilis dili və ədəbiyyatı kafedrasının professoru –Azad Məmmədov, Magistratura, doktorantura və elmi işlər bölməsinin koordinatoru –Cabir Məmmədovdan ibarət idi.
Mövzular təqdim edildikdən və müzakirələr keçirildikdən sonra işlər müsbət qiymətləndirildi.