2019-cu il oktyabrın 25-i və 26-da Xəzər Universitetinin Tələbələrin cəlb olunması üzrə işçi qrupun rəhbəri professor Fuat Rəsulovun Bərdə və Ağcabədi şəhərlərinə səfəri baş tutdu.
Səfərin məqsədi 2020-ci ildə universitetə tələbələrin cəlb olunması üzrə işləri təkmilləşdirmək, universitetin “tərəfdaşları şəbəkəsi”nin əhatə dairəsini genişləndirmək, regionlarda fəaliyyət göstərən hazırlıq kurslarının rəhbərləri ilə əlaqə yaratmaq, onları yeni tələbələrin cəlb olunması prosesində tərəfdaş və yardımçı etməkdir. Səfər zamanı Ağcabədinin “Yeni abituriyent” Hazırlıq Kursları və Bərdənin Hazırlıq Mərkəzi ilə əlaqələr quruldu, orada universitetə məxsus reklam sərgisi yaradıldı.
Eyni zamanda, abituriyentlər və müəllimlərlə görüş keçirildi, Xəzər Universitetinə aid videoçarx nümayiş edildi və onların sualları cavablandırıldı.