Avstriyanın Azərbaycandakı səfirliyi oktyabrın 24-də bu ölkənin Milli Günü münasibətilə rəsmi qəbul təşkil edib. Dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin, diplomatik korpusun və ictimaiyyətin nümayəndələrinin qatıldığı tədbirdə Avstriyanın ölkəmizdəki səfiri Bernd Aleksandr Bayerl çıxış edərək, qeyd edilən Milli Günün tarixindən, ölkəsinin keçdiyi tarixi inkişaf yolundan söz açıb. Diplomat bildirib ki, Azərbaycanla Avstriya arasında əlaqələr yüksək səviyyədə inkişaf edib və bu, məmnunluq doğurur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bayram münasibətilə Azərbaycan hökuməti və öz adından Avstriya xalqını təbrik edib.
Qəbulda Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqovanın rəhbərliyi ilə universitetin Kamera orkestri konsert proqramı ilə çıxış etmişdir.