2019-cu il oktyabrın 22-də Xəzər Universitetində Erasmus+ “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (“Advocacy Establishment for Students through Ombudsman Position” –AESOP) layihəsi ilə bağlı Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru və Psixoloji Xidmət Mərkəzinin rəhbəri psixoloq Mələk Kərimova Humanitar, təhsil və sosial elmlər fakültəsinin bir qrup birinci kurs tələbələri ilə görüşdü. Görüşün əsas məqsədi tələbələrə Ombudsman mərkəzinin funksiyaları haqqında ətraflı məlumat vermək, onların mərkəzlə və onun fəaliyyəti ilə bağlı suallarını cavablandırmaq idi. Ombudsman mərkəzinin tərəfsiz, qərəzsiz, məxfi bir məkan olduğu qeyd edildi.
Tələbələrə ehtiyac hiss edildiyi zaman Xəzər Universitetinin ombudsmanı Lamiyə Namazova ilə görüşə biləcəkləri bildirildi və mərkəzin yerləşdiyi yer haqqında onlara ətraflı məlumat verildi.
Qeyd edək ki, layihə başa çatsa da, mütəmadi olaraq tələbələrlə görüşlər təşkil edilir.
Görüşlərin digər fakültə tələbələri ilə də davam etdirilməsi planlaşdırılır.