2019-cu il oktyabrın 17-də Xəzər Universitetinin İnşaat mühəndisliyi departamenti ilə “Norm” sement zavodu arasında əldə olunmuş razılaşmaya görə inşaat mühəndisliyi ixtisasının tələbələri Rasim Bayramlının rəhbərliyi ilə “Norm” sement zavodunda oldular. Tələbələr zavodda aparıcı mütəxəssislərin mühazirələrinə qulaq asdılar və istehsal prosesində sement istehsalında istifadə olunan xammal və materiallar, onların tərkibinin seçilməsi, sobalarda bişirilmə prosesi, klinkerin üyüdülməsi və s. hər bir istehsal prosesini əyani müşahidə etdilər. Bundan başqa, tələbələr Avropa standartlarına uyğun fəaliyyət göstərən beton və sement laboratoriyalarında aparılan fiziki-mexaniki sınaqlarla da ətraflı tanış oldular.
Görüşün hər iki tərəf üçün səmərəli olduğdunu nəzərə alaraq, gələcəkdə də əməkdaşlığın davam etdirilməsi barədə razılıq əldə olundu.