2019-cu il oktyabrın 17-də Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru və Xəzər Psixoloji Xidmət Mərkəzinin rəhbəri psixoloq Mələk Kərimova İctimai Televiziya kanalının “Səhərə saxlamayaq” verilişində “Azarkeş mədəniyyəti” mövzusunda çıxış etdi. O, insanın azarkeş olma səbəbləri arasında bir yerə aid olma, birlikdə hərəkət etmə kimi faktorların əhəmiyyətli olduğunu və azarkeşlərin tribunalarda uyğunsuz hərəkətlərinin qəbul edilməz olduğunu və bəzi “azarkeş” qruplarının isə məqsədinin oyundan daha çox qarşıdurmalar yaradaraq zövq aldıqlarını qeyd etdi. Psixoloq xüsusən bu tip azarkeşlərə qarşı diqqətli davranılması gərəkdiyini və gənçləri belə “patoloji azarkeşlərin” qurbanına çevrilməməyə dəvət etdi.
Verilişı bu link vasitəsilə izləmək olar:
https://www.facebook.com/khazarpsych/videos/360995088025950/