Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 oktyabr 2019-cu il tarixli sərəncamı ilə AMEA-nın vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı İsa Həbibbəyli Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
“Xəzər Xəbər” jurnalının redaksiya heyətinin üzvü İsa Həbibbəylini yubileyi və ordenlə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edir, ona elmi-ədəbi, dövlətçilik və ictimai-siyasi fəaliyyətində yeni uğurlar arzulayırıq.