2019-cu il oktyabrın 9-dan 11-dək BMT-nın və IPBES-in birgə təşkilatçılığı ilə Qazaxıstanın Almatı şəhərində “Torpaqların deqradasiyası, biomüxtəliflik və iqlim dəyişikliyi” mövzusunda “BES-Net Mərkəzi Asiya Regional Triloqu” keçrildi. Triloqda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan nümayəndələr iştirak edirdilər. Azərbaycan heyətini BMT Azərbaycan ofisinin, Milli Məclisin, Xəzər Universitetinin (Rövşən Abbasov və Günay Kərimova), Azərbaycan Aqrar Universitetinin, Kənd Təssərrüfatı Nazirliyinin və İqtisadiyyat Nazirliyinin, WWF Azərbaycan ofisinin, İsmayıllı Arıçılar Birliyinin, REC Azərbaycan qeyri-hökumət təşkilatının nümayəndələri təmsil edirdilər.