2019-cu il oktyabrın 7-dən 11-dək Xəzər Universiteti Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Lamiyə Pənahova Romada Sapienza Universitetində keçirilən beynəlxalq heyət həftəsinin iştirakçısı oldu. Tədbirin əsas mövzusu Erasmus+ layihələri və beynəlxalq hərəkətlilik proqramları idi. Həm proqram, həm də partnyor ölkələrin universitetlərindən təxminən 30 universitetin nümayəndələri tədbirdə iştirak edərək, öz universitetlərini təmsil edirdilər. Tədbir müddətində Xəzər Universiteti və digər iştirakçı universitetlər arasında əməkdaşlıq perspektivləri müzakirə olundu.