2019-cu il oktyabrın 14-də Bakı şəhərində Dünya Türk İş Konseyinin (DTİK-DEİK) toplantısı keçirildi. Toplantıda dünyanın 40-dan artıq ölkəsindən 300-ə yaxın nümayəndə iştirak edirdi. Toplantını giriş sözü ilə DTİK Başqanı Nail Olpak açdı. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi. Toplantıda Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan böyük məruzə ilə çıxış etdi. Sonra isə “Beynəlxalq diplomatiyada Türk diasporası” mövzusunda panel həyata keçirildi. Paneldə Türkiyə Cümhuriyyəti Moskva Böyükelçisi Mehmet Samsar, Türkiyə Cümhuriyyəti Tiflis Böyükelçisi Ceren Yazgan, Türkiyə Cümhuriyyəti Nursultan Böyükelçisi Nevzat Uyanık çıxış etdilər. “Bir millətin iki diasporası olmaz” mövzusunda keçirilən seminarda isə Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Başqanı Şamil Aydın və Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi dosent Telman Nüsrətoğlu çıxış etdilər. Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli toplantıda iştirak etdi.