2019-cu il oktyabrın 15-də QS təşkilatı tərəfindən 2019-cu il üçün inkişaf etməkdə olan Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin ən yaxşı universitetlərinin 10 meyar əsasında illik reytinqi müəyyənləşdirilmişdir.
Reytinq siyahısına Şərqi Avropa və Mərkəzi Asiyadan inkişaf etməkdə olan 28 ölkənin ən yaxşı 350 ali təhsil müəssisəsinin adı daxil edilmişdir.
Xəzər Universiteti regionun 60% ən yaxşı universitetləri sırasında yer almışdır.
Keçən illə müqayisədə reytinq cədvəlində bu il Azərbaycandan yalnız 5 ali təhsil müəssisəsi yer almışdır. Həmin ali məktəblərin adı ən yaxşı 350 universitet sırasına daxil edilmişdir. Reytinq siyahısına görə, Xəzər Universiteti reytinqdə iştirak edən Azərbaycanın digər ali təhsil müəssisələri arasında öz mövqeyini saxlayaraq, 221-230-cu aralığındakı yeri tutmuşdur. Reytinqə qatılan digər Azərbaycan universitetlərindən –Bakı Dövlət Universiteti 201-210-cu, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti 251-300-cu yerdə, Azərbaycan Memarlıq və İnşaat Universiteti və ADA Universiteti 301-350-ci yerlər arasında qərarlaşmışdır.
Ətraflı məlumatı bu link vasitəsilə əldə etmək olar:
https://www.topuniversities.com/university-rankings/eeca-rankings/2020