2019-cu il oktyabrın 7-si və 8-də Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamenti (Günay Kərimova, Cavidan Əliyev və Rövşən Kərimov) və Həyat elmləri departamentinin (Asəf Ömərov) müəllim heyəti “Biomüxtəliflik və ekosistem xidmətlərinin ölkələrarası elmi-siyasi platforması”nın (The Intergovernmental Science-Policy Platform on Biodiversity and Ecosystem Services –İPBES) Qazaxıstanın Almatı şəhərində keçirdiyi “Potensialın gücləndirilməsi” təlimində iştirak etdilər. Təlimdə Orta Asiya respublikalarından və Azərbaycandan olan nümayəndələr təmsil olunurdular. Təlimdə əsasən İPBES haqqında ümumi məlumat, onun obyekti, strukturu, siyasəti, İPBES qiymətləndirilməsi və s. haqqında məlumat verildi. Nümayəndə heyətləri ölkələrində mövcud olan biomüxtəliflik və ekosistem problemləri və həmin problemlərə qarşı ölkələrinin apardığı siyasət, QHT və digər təşkilatların həyata keçirdiyi layihələr haqqında ətraflı fikir mübadiləsi aparıldı və birlikdə qrup tapşırıqları yerinə yetirildi.