2019-cu il oktyabrın 8-də Xəzər Universiteti və Bakı Mühəndislik Universitetinin tərəfdaşı olduğu Erasmus+ PAWER layihəsinin Azərbaycan Milli Erasmus+ ofisi tərəfindən monitorinqi keçirildi. Monitorinq zamanı layihənin koordinatoru olan İtaliyanın Laquila Universitetindən olan koordinatorları Dr. Massimiliano D`Innocenzo və Dr. Marco Calabrese ilə Skype görüşü baş tutdu, koordinatorlar layihənin həyata keçirilməsi və görülmüş işlər barədə geniş məlumat verdilər. Xəzər Universiteti və Bakı Mühəndislik Universitetinin əməkdaşları layihənin həyata keçirilməsi və yerinə yetirilən işlər haqqında məlumat verdilər və monitorinq komissiyasının suallarını cavablandırdılar. Dinlənilən məlumatlar və hesabatlar qənaətbəxş hesab edildi və layihənin həyata keçirilməsində görülən işlər qiymətləndirildi.