2019-cu il oktyabrın 5-də Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi Nilufər Əlizadə, British Embassy Azerbaijan –Britaniyanın Azərbaycandakı səfirliyinin və “Azerbaijan UK Alumni Association”nın (AUKAA) təşkilatçılığı ilə həyata keçirilən “Təhsil üçün əl-ələ 2019” layihəsində motivasiya və şəxsi inkişaf mövzusunda təlimçi kimi iştirak etdi.
Qəbələ rayonunun Pirəlli və Zarağan kənd məktəblərinin şagirdləri üçün təşkil edilən təlimlərdə düzgün ixtisas seçimi, motivasiya/şəxsi inkişaf, sərbəst ingilis dilinin öyrənilməsi və peşə təhsilinin seçilməsi kimi mövzular əhatə olundu. Əlli nəfərdən artıq şagirdin iştirak etdiyi təlimin sonunda iştirakçılar arasında yazı müsabiqəsi keçirildi və seçilən 3 qalib Bakı şəhərində bir həftəlik qış müsabiqəsində iştirak etmək hüququ qazandı.