Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinin müəllimi, eyni zamanda Xəzər Universitetinin doktorantı Validə Kərimova ABŞ-ın Nyu York ştatında fəaliyyət göstərən “Science Publishing Group” nəşriyyat evinin apardığı sorğu nəticəsində elmi fəaliyyətinin fəallığına görə həmin ştatın iki elmi jurnalının redaksiya heyətinə rəyçi təyin edilmişdir: “International Journal of Linguistics and Education” (IJLE) və “International Journal of Applied Linguistics and Translation” (IJALT).
V.Kərimova, həmin nəşriyyat evinin “Psychology and Behavioral Sciences” adlı elmi jurnalında “Language Ethics: Linguo-Psychology and Psycholinguistics: Analysis of the Language with Psychological Problems” adlı elmi məqalə çap etdirmişdir. http://www.sciencepublishinggroup.com/journal/archive?journalid=201&issueid=2010602
Bir il sonra eyni adlı nəşriyyat evinin “International Journal of Education, Culture and Society” jurnalı isə müəllifin “Multilingualism in Azerbaijan: The most preferred foreign languages in private universities of the country and its socio-economic aspects” adlı elmi araşdırma məqaləsini çap etmişdir. Araşdırma işi Bakıda fəaliyyət göstərən iki özəl universitet: Xəzər Universiteti və Bakı Mühəndislik Universitetinin tələbələri arasında aparılmışdır. Sorğuda 301 bakalavr tələbəsi aktiv iştirak etmişdir. http://www.sciencepublishinggroup.com/journal/paperinfo?journalid=214&doi=10.11648/j.ijecs.20170204.13
Ətraflı məlumatı bu linklər vasitəsilə əldə etmək olar:
IJALT – http://www.ijalt.org/editorialboard?editorialboardtypeid=5
IJLE – http://www.sciencepublishinggroup.com/journal/editorialboard?journalid=611