Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzinin təşəbbüsü ilə Xəzər Universiteti və İvano-Frankovsk Texniki Neft və Qaz Universiteti (Ukrayna) arasında Anlaşma Memorandumu imzalandı. Memoranduma əsasən iki universitet arasında akademik əməkdaşlıq çərçivəsində tələbə mübadilə proqramları, qısa müddətli təlimlər, akademik heyət üçün mübadilə proqramları ve digər fəaliyyətlər həyata keçiriləcək.
Memorandum çərçivəsində Avrasiya Bilik Mərkəzi İvano-Frankovsk Texniki Neft və Qaz Universiteti ilə birgə Xəzər Universitetində “Dayanıqlı inkişaf naminə təbii ehtiyatların idarə edilməsi” ikili magistr dərəcəsi proqramının yaradılması üzrə əməkdaşlıq edəcək.