2019-cu il oktyabrın 7-də Xəzər Universitetinin Psixologiya departamentinin klinik psixologiya ixtisası üzrə təhsil alan magistr tələbələri elmi işlərini müdafiə etdilər. Müdafiədə Psixologiya departamentinin koordinatoru Mələk Kərimova, müəllimləri Ləman Verdiyeva, Nilufər Əlizadə, Anar Babayev, Magistratura, doktorantura və elmi işlər bölməsinin koordinatoru Cabir Məmmədli və magistrantların elmi rəhbərləri iştirak edirdilər.