Xəzər Universiteti “Dünya” məktəbinin nəşri olan “Dünya” jurnalının xüsusi buraxılışı Xəzər Universitetinin mətbəəsində çapdan çıxmışdır. Xüsusi buraxılış, əsasən, 2019-cu ilin may ayında “Dünya” məktəbində keçirilmiş “Açıq Düşüncə - Qlobal Yanaşma” adlı Beynəlxalq Təhsil Forumuna həsr edilmişdir.