2019-cu il sentyabrın 25-də Xəzər Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin təşkilatçılığı ilə universitetdə tələbə mübadiləsi imkanları haqqında məlumat sessiyası keçirildi. Sessiyada Erasmus+, Mövlana, ikitərəfli mübadilə proqramları və ikili diplom proqramı haqqında tələbələrə məlumat verildi.
Sessiya zamanı tələbələr tərəfdaş universitetlərin siyahısı və onların təklif etdikləri əsas proqramlarla tanış oldular. Sonda tələbələrin müraciət prosesi ilə bağlı əlavə suallarını şöbənin əməkdaşları cavablandırdılar.