2019-cu il sentyabrın 24-də Çin Milli Bilik İnfrastrukturunun (China National Knowledge Infrastructure) ən böyük elmi məlumat bazalarının Rsuiya Federasiyası və MDB ölkələri üzrə müştəri əlaqələri departamentinin direktoru Zoya Su Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzində oldu.
Çin Milli Bilik İnfrastrukturunun məlumat bazası iqtisadiyyat və menecment mövzularında Çin jurnallarından 4400-dən artıq tam mətnli məqalələrə giriş imkanı təqdim edir.
Zoya Su bildirdi ki, əməkdaşlıq nəticəsində Kitabxana-İnformasiya Mərkəzinə resurslardan istifadə üçün sınaq müddəti veriləcək.