2019-cu il sentyabrın 23-də DAAD-ın Azərbaycan ofisinin nümayəndəsi Firuzə Bağır Xəzər Universitetində Beynəlxalq əlaqələr şöbəsinin dəstəyilə tələbələr üçün məlumat sessiyası keçirdi. Görüşdə o, Azərbaycan vətəndaşları üçün DAAD-ın magistratura və doktorantura təqaüdləri, habelə, yay dil kursları haqqında məlumat verdi. DAAD-ın nümayəndəsi sonda tələbələrin təqaüd üçün müraciət qaydaları, tələb olunan sənədlər, eləcə də, son müraciət tarixləri ilə bağlı suallarını cavablandırdı.