Alimlərin araşdırmalarına görə, planetimiz –Yer kürəsi –8,7 milyon növ canlıya və 7 milyarddan çox insana ev sahibliyi edir. Qalaktikada yerləşən bir ədəd nəhəng “top” tərəfindən çox dəstək gözləyirik. Biz onunla ehtiyatlı olmalı və qayğısına qalmalıyıq ki, Yer kürəsi də onun üzərində yaşayan insanlardan, heyvanlardan, bitkilərdən və planetimizi özü üçün ev hesab edənhər bir canlıdan qayğısını əsirgəməsin.
Bəs bunun üçün nə ədə bilərik?
Olduğumuz məkandan, peşəmizdən, cinsiyyətimizdən və dinimizdən asılı olmadan, hər birimiz gündəlik həyatımızda kiçik dəyişikliklər edərək, Yer kürəsini qorumaq üçün öz üzərimizə düşəni edə bilərik.
Xəzər Universitetinin Psixologiya departamentinin tələbələri də departamentin müəllimi Nilufər Əlizadənin təşkilatçılığı ilə növbəti sosial layihəsi məhz bu mövzuda –cəmiyyətimizdə fərqindəlik yaratmaq, bu məsələyə, ən azı, digər ölkələrdə olduğu qədər diqqət çəkmək, insanlara gündəlik edə biləcəkləri kiçik dəyişikliklər sayəsində təqdirəlayiq nəticələr ala biləcəkləri haqqında məlumat vermək idi.
Hazırda dünyada çox sayda layihələr bizim –insanların gec olmadan təbiətə olan mənfi təsirinin qarşısının alınmasına hədəflənmişdir. Plastik kütlələrin istifadəsi, təmiz suyun israfı, zərərli qazların ixracı və s. kimi dəyişiklərə qoşularaq, siz də bu layihələrin bir parçası ola bilərsiniz! Gəlin Dünyamızı qoruyaq!
Layihənin məlumatlandırıcı videoçarxını bu linklər vasitəsilə izləmək olar:
https://www.youtube.com/watch?v=QxaHJlsmd3I
https://www.youtube.com/watch?v=2jk3MDNXmfU