2019-cu il sentyabrın 2-də Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzində Yaponiyanın Nippon Fondu tərəfindən “Müasir Yaponiyanı anlamaq üçün 100 kitab” layihəsi çərçivəsində hədiyyə verilən kitabların nümayişi və müzakirəsi keçirildi.
Xəzər Universitetinin KİM-nin direktoru doktoru Tatyana Zaytseva Nippon Fondunun missiyası və hədəfləri haqqında qısa məlumat verdi.
Xəzər Universitetinin İngilis dili departamentinin müdiri Dr.Bəhman Amani bu kitabların Xəzər Universitetinin kitabxana kolleksiyasına gözəl bir əlavə olunduğunu bildirdi.
KİM-in əməkdaşları bu kolleksiyanın oxuculara Yaponiya cəmiyyətini tanımaqda kömək edəcəyini yüksək qiymətləndirdilər və Xəzər Universitteti və Nippon Fondu arasında əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümid etdiklərinin bildirdilər.