"Gənc Psixoloqlar” İctimai Birliyi və "Köhlən” nəşriyyatının birgə əməkdaşlığı ilə rusiyalı alim, psixologiya üzrə elmlər doktoru, professor Aleksandr Venger`in "Psixoloji rəsm testləri” (“Психологические рисуночные тесты”) kitabı çapdan çıxıb. Kitabda verilmiş rəsmlərə əsasən insanın xüsusiyyətlərini müəyyənləşdirmək, eləcə də gerçəkliyin müxtəlif tərəflərinə münasibətini müəyyənləşdirmək mümkündür.
Ölkəmizdə rəsmli testlərin tətbiqinə və onların əsasında uşaq və böyüklərin "psixoloji portreti”nin tərtib olunmasına dair ilk illustrasiyalı vəsait olan bu kitabın tərcüməçiləri Xəzər Universiteti Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekan köməkçisi Nizami Əliyev (o həm də kitabın naşiridir) və BDU Psixologiya kafedrasınnı müəllimi Səyyarə Yusubova, redaktoru Xəzər Universiteti Psixologiya departamentinin müəllimi Aytac Səlimovadır.
Kitab psixoloqlar, pedaqoqlar və tələbələr üçün nəzərdə tutulmuşdur.