2019-cu il avqustun 23-29-da Sloveniyanın Maribor şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOI2019) keçirilmişdir.
Azərbaycanlı məktəblilərin qatıldığı müsabiqədə Türkiyə, Belçika, Rusiya, Bolqarıstan, Xorvatiya, Estoniya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan və digər ölkələrin nümayəndələri də iştirak ediblər.
Xəzər Universiteti “Dünya” məktəbinin X sinif şagirdi Əziz Hüseynov olimpiadada uğurla iştirak edərək, gümüş medala layiq görülüb.