2019-cu il avqustun 26-da Xəzər Universitetinin “Dünya”məktəbində şahmat üzrə rapid turniri keçirildi. Yarışda 30 şahmatçı iştirak edirdi.
Turnirin rəsmi açılış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və “Dünya məktəbi”nin şahmat klubunun rəhbəri, FIDE ustası Elşad Rzayev çıxış edərək, idmanın bu növünün ölkəmizdəki inkişafından danışdılar. Onlar belə turnirlərin şahmatçıların yarış təcrübəsinin zənginləşməsində əhəmiyyətini qeyd etdilər.
Yeddi turdan ibarət İsveçrə sistemi üzrə keçirilən rapid turnirində Xəzər Babazadə, Kamal Ağasıyev və Gövhər Beydullayeva ilk üçlükdə qərarlaşdılar.
Sonda yarışda fərqlənmiş şahmatçılar təltif olundular.