Xəzər Universitetinin təklif etdiyi MBA proqramı haqqında ətraflı məlumat almaq üçün Xəzər MBA keçidindən istifadə edin və ya mba-info@khazar.org ünvanı vasitəsi ilə bizimlə əlaqə saxlayın.
2019-cu il iyulun 25-də “Eduniversal” 50 təhsil sahəsi üzrə dünyanın ən yaxşı magistratura və MBA proqramlarının rəsmi reytinqini dərc etmişdir.
Böyük qürür hissi ilə bildirmək istəyirik ki, Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakültəsinin aşağıda adları sadalanan ixtisas proqramları 2019-cu ilin Ən Yaxşı Magistratura və MBA Proqramları Sırasında yer almışdır:
MBA – Biznesin təşkili və idarə edilməsi (menecment üzrə)
MBA - Biznesin təşkili və idarə edilməsi (enerji menecmenti üzrə)
Xəzər Universitetinin və İqtisadiyyat və Menecment fakültəsinin əməkdaşlarını və müəllim heyətini təbrik edir və uğurlarının davamını diləyirik!
http://www.best-masters.com/master-at-khazar-university--school-of-economics-and-management.html