Ali məktəblərə qəbul olmaq üçün ixtisas seçimləri bu gün saat 23:59-da başa çatır.
Dövlət İmtahan Mərkəzinin 6 avqust saat 10.45-ə olan məlumatına əsasən I qrup üzrə 15101, II qrup üzrə 10166, III qrup üzrə 17465, IV qrup üzrə 4082 abituriyent olmaqla ümumilikdə 46814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib. V ixtisas qrupu üzrə isə 5163 abituriyent imtahanlardan məqbul qiymət alaraq ixtisas seçiminə buraxılıb. Bundan əlavə, 14615 subbakalavr ali təhsil müəssiələrinə qəbul olmaq üçün qeydiyyatdan keçmişdir.
İxtisas seçimlərinin davam etdiyi müddət ərzində Xəzər Universiitetində “Açıq qapı” günləri keçirilmişdir. Abituriyentlər, onların valideynləri burada qəbul prosesi və ümumiyyətlə universitetlə bağlı istənilən məlumatı əldə edə biliblər.
Ali məktəblərə qəbul olan tələbələrin qeydiyyatı 15 avqust tarixində başlayır.