Xəzər Universiteti Psixologiya Departamentinin koordinatoru Mələk Kərimovanın təşkilatçılığı ilə Psixologiya ixtisasının bir qrup tələbəsi yay təcrübə proqramına qoşularaq, Ankaraya yola düşüblər. İyulun 29-dan avqustun 26-dək Ankarada keçiriləcək təlimdə bilik və peşə bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulub.
192 saat keçirilməsi nəzərdə tutulan təlimdə nəzəri və praktiki hissənin vəhdətinə xüsusi yer verilib. Təcrübə Türkiyənin ən tanınan xəstəxanalarından biri olan Özel Boylam xəstəxanasında professor Ertuğrul Köroğlunun rəhbərliyi ilə təşkil edilib.