2019-cu il iyulun 19-21-də Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova Almaniyanın Wiesbaden Psixoterapiya Akademiyası, Avropa Psixoterapiya Assosiasiyası və “Olgu” Psixoloji Xidmət Mərkəzinin dəstəyi ilə keçirilən “Pozitiv psixoterapiya” təliminin 3-cü modulunun 30 saatlıq təlimini tamamladı.
Təlim “Nəfəs” Psixolonevroloji Sağlamlıq Mərkəzində təşkil edilmişdi. Təlimi “Dünya” Pozitiv Psixoterapiya Assosiasiyasının səlahiyyətli təlimçisi Özden Bilgin keçirdi.