2019-cu il iyulun 12-də Xəzər Universitetinin Həyat elmləri departamentinin dosenti Cavid Ocaqi “Molekulyar marker texnologiyaların biologiya elmlərində tətbiqi” mövzusunda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda seminar verdi. Seminarda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Analitik ekspertiza mərkəzinin müdiri Dr. Xalid Bayramlı, Biomühəndislik şöbəsinin müdiri Məhəmməd Eldarov, Elmi-tədqiqat və risklərin qiymətləndirməsi şöbəsinin müdiri Dr. Ceyhun Əliyev və institutun digər gənc əməkdaşları iştirak edirdilər.
Seminarda mövzu ətrafında müzakirələr aparıldı.