2019-cu il iyulun 5-də Xəzər Universiteti Elmi Şurasının cari dərs ilində son iclası keçirildi. Universitetin rektoru dosent İradə Xəlilovanın sədrliyi ilə keçən iclasda gündəliyə daxil edilmiş məsələlər müzakirə olundu.
Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş ”Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq yaradılan yeni imkanlarla bağlı universitet tərəfindən təkliflərin hazırlanması haqqında universitetin Tədris işləri üzrə prorektoru professor Məhəmməd Nuriyev çıxış etdi.
Məzunlar haqqında Təbiət elmləri və mühəndislik fakültəsinin dekan müavini Fəxrəndə Əlimərdanova, İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova məlumat verdilər.
Doktorant və dissertantların dissertasiya mövzusu, elmi rəhbərlərinin təsdiqi və ixtisaslarının dəyişdirilməsi ilə əlaqədar Magistratura, doktorantura və elmi işlər bölməsinin rəhbəri Cabir Məmmədlinin məlumatı, doktorant və dissertantların çıxışları dinlənildi, suallar cavablandırıldı.
Professor Məhəmməd Nuriyev 2018/2019-cu tədris ilinin yekunları və 2019/2020-ci tədris ilində qarşıda duran vəzifələr haqqında çıxış etdi.
Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edildi.
İclasda cari məsələlər də müzakirə olundu.