2019-cu il iyunun 26-da Xəzər Universiteti Hava keyfiyyəti laboratoriyası tərəfindən Bakı şəhərində havanın keyfiyyətinin ikinci monitorinqi aparılmışdır. Hava keyfiyyəti Avropa Hava Keyfiyyəti İndexinə uyğun olaraq, aşağıdakı şkala ilə ölçülmüşdür:
1-Çox yaxşı;
2-Yaxşı;
3-Orta;
4-Pis;
5-Çox pis.
Monitorinqin nəticələri aşağıdakı kimi olmuşdur:
Nəticələrə əsasən ən yaxşı hava keyfiyyəti Mərdəkan və Buzovna, ən pis hava keyfiyyəti isə “Neftçilər”, “Koroğlu”, “Nizami” və “Memar Əcəmi” və “20 Yanvar” metro stansiyaları yaxınlığında olmuşdur. Ən yüksək çirklənmənin əsas səbəbi Azot-2-oksid konsentrasiyasının yuxarı olmasıdır.