2019-cu il iyunun 29-da Avrasiya Bilik Mərkəzinin Xəzər Universitetində 9 gün ərzində təşkil etdiyi təlim başa çatdı. Regionun təbii resurslarla zəngin 9 ölkəsindən iştirakçılar kursun yüksək səviyyədə təşkilini qeyd etdilər, təlim zamanı zəngin bilik və bacarıqlar əldə etdiklərini bidirdilər.
Təlimin sonunda İsveçrə Əməkdaşlıq Təşkilatının Cənubi Qafqazda regional direktor müavini Simone Haeberlinin iştirakı ilə iştirakçılar sertifikatlarla təltif olundular.