2019-cu il iyunun 25-də Xəzər Universiteti Neft mühəndisliyi departamentinin müdiri dosent Qəşəm Zeynalovun elmi rəhbərliyi altında departamentin magistr tələbələri –Amin Lalani “Pakistanın Ahdi yatağının qaz kondensat rezervuarının işlənmə planının və iqtisadi analizinin hal tənliyi modelləşdirilməsi” mövzusunda və Vüqar Kazımov “Mürəkkəb şəraitlərdə istismar olunan yataqlarda quyu məhsuldarlığının artırılması məsələlərinin tədqiqi (Buzovna-Maştağa yatağının misalında)” mövzusunda magistr tezis işlərini Xəzər Universitetinin Tezis Komitəsinin müdafiə şurasında müvəffəqiyyətlə müdafiə etdilər. Tezis Komitəsinin sədri Dr. Araz Əsədov və dosent Qəşəm Zeynalov, Dr. Əli Hüseynli, “Ümid Babək Operating Company” şirkətinin Azərbaycan filialının İşlənmə mühəndisi Tahir Məmmədov və SOCAR-ın “28 May” Neftçıxarma İdarəsinin Platforma rəisinin müavini Ceyhun Əlipənahov isə üzvləri idilər.
Qeyd edək ki, mayın 27-də dosent Qəşəm Zeynalovun elmi rəhbərliyi altında Neft mühəndisliyi departamentinin daha 2 magistr tələbəsi –Murad Əsgərov “Neft və qaz yataqlarında hasilatın optimallaşdırılmasında quyu stimullaşdırılması metodlarının rolu” mövzusunda və Aws Mohammed Ali Alkhateeb “İraqın tükənməkdə olan neft yatağında neft vermənin artırılmasının müqayisəli tədqiqi: Eclipse proqram təminatını istifadə etməklə, rejimlərin modelləşdirilməsi” mövzusunda magistr dissertasiya işlərini Xəzər Universitetinin Tezis Komitəsinin müdafiə şurasında müvəffəqiyyətlə müdafiə etmişlər.