2019-cu il iyunun 22-də Xəzər Universiteti Coğrafiya və ətraf mühit departamentinin təşkilatçılığı ilə çöl işi və əhali coğrafiyası fənlərindən Hirkan Milli Parkına ekskursiya təşkil olundu. Milli Park Azərbaycanın cənub-şərqində, Lənkəran və Astara rayonlarının inzibati ərazisində yerləşir. Çöl tədqiqatı zamanı tələbələr əvvəlcə I Marşrut ilə hərəkət etdilər. Burada Xanbulan ətrafı mənzərələrlə tanışlıq oldu, maraqlı meşə mənzərələri ilə, qarışıq meşə tipinin dendraflorası, Xanbulan gölünün mənzərəsi ilə tanışlıq oldu, eyni zamanda, təbiət haqqında maraqlı məlumatlar əldə etdilər. Daha sonra İsa bulağı marşrutu ilə hərəkət edərək, təqribən 400-450 yaşı olan qocaman qoz ağacının altında yerləşən bu bulağın ətrafında çoxillik ağcaqayın, məxməri gərməşov və s. növlərlə tanış olaraq, onlar haqqında maraqlı, ərtaflı praktiki biliklər aldılar.