2019-cu il iyunun 18-də Xəzər Universitetinin tərəfdaşı oluğu “Şəhər incəsənəti. Azərbaycan” layihəsinin açılış mərasimi keçirildi. Tədbirdə Xəzər Universitetinin İctimai ələqələr və media üzrə direktor Əlövsət Əmirbəyli, Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri Roza Arazova, AMEA-nın həqiqi-üzvü, İctimai elmlər bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə dəstək şurasının katibi və üzvü Nərgiz Xələf, layihəyə müsabiqə yolu ilə seçilən iştirakçılar iştirak edirdilər.
Tədbiri layihə haqqında geniş təqdimatla AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun və Xəzər Universiteti Tarix və arxeologiya departamentinin əməkdaşı, layihənin ideya müəllifi Orxan Zamanov açaraq, vətənpərvərlik ideyasının şəhər incəsənətində tətbiqi haqqında bəhs etdi. Daha sonra tədbirdə rəsmi qonaqların çıxışları oldu və yekunda mühəndis-ixtiraçı İlqar Həsənəlizadənin iştirakçılara “Silahlar və incəsənət” adlı əyani seminar-treyninqi keçirdi.