2019-cu il iyunun 21-də Xəzər Universitetində Avrasiya Hasilat Sənayəsi Bilik Mərkəzinin “Davamlı inkişaf üçün təbii resursların istifadəsi” kursu başladı. Kurs iyunun 21-dən 29-dək keçiriləcək. Kursun ilk təlimi “Resurs asılılığının siyasi iqtisadiyyati” Layden Universitetitin dosenti Anar Əhmədov tərəfindən aparıldı. Kursa Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Monqolustan, Ukrayna, Rusiya və Azərbaycandan iştirakçılar qatılır.