Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi Nilufər Əlizadə ADA Universitetinin, Təhsil Nazirliyinin, Dünya Bankının və UNISEF-in birgə təşkilatçılığı ilə 2019-cu il iyunun 19-20-də “İnklüziv və ədalətli keyfiyyətli təhsil istiqamətində: fəaliyyət üçün imkanlar” mövzusunda keçirilmiş 4-cü beynəlxalq konfransda “Beynəlxalq tələbələr arasında mükəmməlliyin xroniki yorğunluq sindromu üzərində təsiri” (“The effect of perfectionism on Chronic Fatigue Syndrome among İnternational Students”) adlı araşdırma işi ilə çıxış etdi, konfransın məruzəçisi kimi sertifikatla təltif olundu.