2019-cu il iyunun 14-də Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi Nilufər Əlizadə, Beynəlxalq münasibətlər ofisinin koordinatoru Lamiyə Pənəhova və assistenti İnçə Əliyeva Birləşmiş Krallıqda təhsil almış məzunlarla British Council təlimçiləri arasında əlaqələri möhkəmləndirmək üçün səfir xanım Carole Crofts-un, eləcə də, British Council direktoru Summer Xia-nın iştirakı ilə baş tutan ‘Networking event”-də iştirak etdilər. Görüş zamanı müxtəlif universitetlərin məzunları ilə gələcək mümkün layihə və ideyalar haqqında müzakirələr aparıldı.