2019-cu il iyunun 17-də Nizami Kino Mərkəzində LEAD Education Təhsil və İnnovasiya Mərkəzi, YAP Gənclər Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi və “Bank of Baku”nun baş sponsorluğu ilə "Tələbələr arasında intellekt olimpiadası" layihəsinin mükaftalandırma mərasimi keçirilib.
Tədbirdə çıxış edən layihənin icraçı direktoru Xəyal İbrahimzadə bildirib ki, ümumilikdə layihəyə 23 universitetdən 10 254 nəfər qatılıb, onlardan 450 nəfəri finala vəsiqə qazanıb.
Layihədə birinci yeri Xəzər Universiteti Təbiət və mühəndislik elmləri fakültəsinin I kurs tələbəsi Tamerlan Abdullayev (Kompüter mühəndisliyi ixtisası) tutub. Gənclər və İdman nazirinin müavini İntiqam Babayev qalibə mükafatları təqdim edib. Tamerlan Abdullayev "Baku Elektroniks"dən Notebook, "İrşad Telekom"dan Honor 10 lite smartfonu, "Şərq-Qərb" nəşriyyat evindən kitablar, Nizami Kino Mərkəzindən kinoya bilet və LEAD Educationdan Platinium kuponunu qazanıb. “Xəzər”in Ağdaş rayonundan olan tələbəsinə rayon icra hakimiyyəti tərəfindən xüsusi hədiyyə də təqdim olunub.
Tədbirdən Real TV-nin internet səhifəsində də xəbər yayımlanıb:
https://www.tvreal.az/news/az/19764/telebeler-arasinda-intellekt-olimpiadasinin-qalibi-melum-olub