Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Elgün Sahib oğlu Seyidov Şəmkir Rayon İcra Hakimiyyəti aparatında İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsinə təyin edilib. Bu təyinatadək o, həmin aparatda Humanitar və ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışırdı.
Elgün Seyidov Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin jurnalistika ixtisası üzrə məzunudur.
Ölkə mediası bu barədə xəbər yaymışdır:
https://sonxeber.az/138105/semkir-icra-hakimiyyetinde-yeni-teyinat
http://qafqazinfo.az/news/detail/semkir-icra-hakimiyyetinde-yeni-teyinat-255150 və s.