Xəzər Universitetinin nəşri olan “Azərbaycan arxeologiyası” jurnalının yeni sayı (Cild: 22, Say: 1, 2019) çapdan çıxmışdır. Jurnalda Azərbaycan arxeoloqları ilə yanaşı,əcnəbi arxeoloqların da məqalələri yayımlanmışdır.
Jurnalda yerli müəlliflərdən Yaqub Məmmədovun “Azıx adamı və onun Homo sistemdə yeri”, Zeynəb Quliyevanın “Naxçıvanın eneolit dövrü keramikasının texniki və ornamental xüsusiyyətləri”, Pərviz Qasımovun “Menteştəpə İlk Tunc dövrü kurqanı: xronoloji paradoks”, Orxan Zamanovun “Azərbaycan Arxeologiya elmi 1945-1990-cı illərdə Avropa ilə akademik mədəniyyətlər və elmi biliklərin mübadiləsi çərçivəsində”, Şamil Nəcəfovun “Tunc dövründə sosial-iqtisadi inkişaf və əhali məskunlaşması problemi (Gəncə-Qazax bölgəsi abidələri üzrə etnoarxeoloji tədqiqat)”,Toğrul Xəlilovun “Tunc dövrü qablarının rənglənmə texnikası haqqında”, İradə Avşarovanın “Azərbaycanın tunc dövrü qəbir abidələrində “Günəş” inancı izləri” adlı məqalələri bu sayda yer almışdır. Əcnəbi müəlliflərdən isə Regine Hunziker-Rodewald-ın (Palais Universiteti, Fransa) “The Iron age female figures from Tranjordan” adı məqaləsi oxuculara təqdim edilmişdir.