2019-cu il iyununda yaradılmış Xəzər Hava Keyfiyyəti Laboratoriyası (Khazar Air Quality Lab) Bakı şəhərində və bəzi şəhərətrafı qəsəbələrdə açıq hava keyfiyyətinin monitorinqini aparmışdır. Monitorinq (sampling) nəticələri Avropa Hava Keyfiyyəti İndeksi (European Air Quality Index) ilə beş ballıq şkala ilə qiymətləndirilmişdir.
1-Çox yaxşı, 2-Yaxşı, 3-Orta, 4-Pis, 5-Çox pis
Alınan nəticələr aşağıdakı kimi olmuşdur:
Qeyd edək ki, “Neftçilər”, “Gənclik”, “Nizami”, “20 Yanvar” və “Memar Əcəmi” metro stansiyaları yaxınlığına Azot-2-Oksidlə çirklənmə normadan 4-5 dəfə çox olmuşdur. Ən yaxşı hava keyfiyyəti Buzovna qəsəbəsində, ən pis hava keyfiyyəti isə “Neftçilər” və “Koroğlu” metro stansiyaları yaxınlığında qeydə alınmışdır.