2019-cu il iyunun 8-də Neftçala rayonunun “Kitabın işığı” Hazırlıq Mərkəzinin təşkil etdiyi bilik yarışının qalibləri Xəzər Universitetinin dəvətilə universitetə səfər etdilər.
Səfərdə şagirdlərlə yanaşı, bir neçə müəllim və məktəb direktoru da iştirak edirdi. Qonaqlar universitetlə, onun kitabxanası və auditoriyaları ilə tanış olduqdan sonra nahar etdilər. Nahardan sonra universitetin “Mərmər” zalında tələbələrin cəlb olunması üzrə işçi qrupun rəhbəri professor Fuat Rəsulov qonaqlara video-klip və sonra universitet barəsində ətraflı məlumat verdi.
Qonaqlar Xəzər Universitetinin çoxsaylı bukletlərini və digər məlumatlarını əldə etdilər.