2019-cu il mayın 31-də Xəzər Universitetinin Neft mühəndisliyi üzrə doktorantura tələbəsi Şəhriyar Alxasi Bakıda keçirilən “Neft və qaz konfransı”nda texniki təqdimat keçirdi. Konfransda ARDNŞ, BP, Total, Gazprom, Petranos, Baker Hughes, Inpex kimi bir çox digər beynəlxalq şirkətlər iştirak edirdi.
Şəhriyar Alxasi Xəzər Universitetinin eiLink (Təhsil sənayesi Linki) mərkəzində son tədqiqat işlərinin nümunələrini təqdim etdi. Ş.Alxasi və onun həmkarları, həmin tədqiqat işlərinin nəticəsində, BP-nin yeraltı əməliyyatında qarşılaşdıqları bəzi texniki problemləri uğurla həll etdilər. Bununla yanaşı, bu konfransda Xəzər Universitetinin eiLink-i Azərbaycanda neft və qaz sənayelərinə texniki tədqiqat töhvəsi, SOCAR-ın vitse-prezidenti Yaşar Lətifov tərəfindən qiymətləndirildi.