2019-cu il iyunun 4-dən 7-dək Bakıda 8-19 yaşlı yeniyetmə və gənclər arasında keçirilən III Robot Olimpiadasının qalibləri müəyyənləşdi. Olimpiada “INNOFEST” çərçivəsində Gənclər və İdman, Təhsil və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilirdi. Yarış 8-19 yaşlı yeniyetmə və gəncləri əhatə edirdi və 6 kateqoriya üzrə keçirilirdi. Aşağı yaş qrupunda (10-15 yaş) “Qarabağ RC” (sərbəst komanda), yuxarı yaş qrupunda (16-19 yaş) isə Bakı Ali Neft Məktəbinin “TechNoBotics” komandaları qalib oldular. Digər kateqoriyalarda –8-12 yaş qrupu üzrə Bakı Müasir Təhsil Kompleksinin (BMTK) “Robo-cop”, 13-15 yaş qrupunda “Droger” (BMTK), 16-19 yaşlılarda isə Xəzər Universitetinin “Chicken dönər” komandaları qalib adını qazandılar.
Xəzər Universiteti 3-cü Robot Olimpiadasında Təbiət Elmləri və Mühəndislik fakültəsinin Kompüter mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Emin Bayramovun rəhbərliyi ilə “Regular Senior” kateqoriyası üzrə adları qeyd olunan 4 komanda ilə çıxış etdirdi:
Qalib komandalar noyabrın 8-dən 10-dək Macarıstanda keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazandılar.
Qeyd edək ki, dünyanın ən böyük robototexnika yarışı olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il fərqli mövzular üzrə müxtəlif ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda təşkil edilən bu Olimpiadada 12 ölkə iştirak etmişdi. Hazırda iştirakçıların sayı 70-dən artıqdır.
Xatırladaq ki, Azərbaycan 2017-ci ilin sonunda Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilmişdir.
Daha geniş məlumatı bu link vasitəsilə əldə etmək olar:
https://azertag.az/xeber/III_Robot_Olimpiadasinin_qalibleri_mueyyenlesib-1292014.