2019-cu il iyunun 1-də Xəzər Universitetində Xəzər Hava Keyfiyyəti laboratoriyası işə başladı. Labaratoiya havanın keyfiyyət parametrlərini müəyyən etməyə imklan verən müasir portativ avadanlıqlarla təchiz edilmişdir. Bu avadanlıqların köməyilə havanın keyfiyyətinin aşağıdakı parametrlərini təyin etmək olacaq:
1. Yerüstü ozon. Bu kimyəvi birləşmə yer sthində çirklənmiş havada azot oksidlərinin və uçucu üzvi birləşmələrin qarşılıqlı təsiri nəticəsində yaranır.
2. Fomaldehid. Formaldehid şəhər mühitində yanacaq və məişət tullantıların yandırılması zamanı yaranır.
3. PM 2.5 və PM10 bərk asılı maddələr. 2.5 və 10 mikronlu bərk maddələr şəhər mühitində yanacaq və digər tullantılantıların yandırılması zamanı yaranır. His və toz bu maddələrə aiddir.
4. Kükürd-2-oksidi. Şəhər mühitində yanacaq və digər maddələrin yandırılması zamanı yaranır.
Adı çəkilən parametrlər Kopernikus hava keyfiyyəti indeksini hesablamağa imkan verir. Qeyd edək ki, labaratoriya mütəmadi olaraq şəhər mühitində bu parametrləri ölçəcək və əhalini çirklənmə səviyyəsi barədə məlumatlandıracaq.