2019-cu il mayın 28-də Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri Roza Arazovanın tədris etdiyi Azərbaycan tarixi (qrup A) dərsinin tələbələri Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ilini qeyd etmək üçün İstiqlal muzeyinə səfər etdilər. Muzeydəki eksponatlarla tanış olan tələbələr daha sonra Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdilər.