2019-cu il mayın 23-də Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müəllimi, Hatəm Cabbarlının tədris etdiyi Türk dünyası mədəniyyəti dərsi Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində keçirildi. Tələbələr əvvəlcə Qala qəsrini ziyarət etdilər. Daha sonra muzeydə yerləşən müxtəlif tarixi eksponatlarla, gil qablarla, daş tikili qalıqlarla tanış oldular. Son olaraq, “Tullantıdan sənətə” muzeyi tələbələrin marağına səbəb oldu. Muzey gəzintisi zamanı tələbələr müəllimə və bələdçiyə suallar verdilər.